00:00:00
Yazar
Admin User
10.09.2025 14:50 81 1 dəq oxuma
Dünya

Ukraynaya edilən hücumlarda Polşa hədəf alınmayıb

Ukraynaya edilən hücumlarda Polşa hədəf alınmayıb

Rusiya Müdafiə Nazirliyi bildirib ki, dünən Ukraynadakı hərbi hədəflərə intensiv hücumlar həyata keçirilib, lakin Polşadakı obyektlər hücumların hədəfi olmayıb.


Nazirliyin yaydığı açıqlamada Rusiyanın bəzi pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması ilə bağlı iddialara münasibət bildirilib.


Açıqlamada qeyd olunub ki, Rusiya ordusu dünən Lvov da daxil olmaqla Ukraynanın bir sıra şəhərlərindəki hərbi obyektlərə intensiv hücumlar həyata keçirib, bu hücumlarda PUA istehsal mərkəzləri də daxil olmaqla bütün hədəflər vurulub.


Hücumlarda istifadə edilən və guya Polşa sərhədini keçdiyi deyilən PUA-ların maksimum 700 kilometr uçuş məsafəsinə malik olduğu vurğulanıb və bildirilib:


“Ukraynadakı obyektlərə qarşı həyata keçirilən intensiv hücumlar çərçivəsində Polşa ərazisindəki obyektlər hədəf alınmamışdır”.


Açıqlamada həmçinin Rusiyanın bu məsələ ilə bağlı Polşa tərəfi ilə məsləhətləşmələr aparmağa hazır olduğu qeyd edilib.


Polşa isə bəyan edib ki, Rusiyanın Ukraynadakı hədəflərə təşkil etdiyi hücumlar zamanı hava məkanını dəfələrlə pozan bəzi PUA-ları vurub.


Polşanın Baş naziri Donald Tusk da fövqəladə kabinet iclasında bildirib ki, Rusiya Ukraynadakı hədəflərə hücum edərkən bəzi PUA-lar dəfələrlə Polşanın hava məkanını pozub.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər