Ukraynaya müharibəni bitirmək üçün dəstək verəcəyik
Böyük Britaniya və onun müttəfiqləri Ukraynaya həm müharibəni bitirmək üçün danışıqlar ərəfəsində, həm də sülh sazişini təmin etmək üçün dəstək verməyə hazırdır, – bunu Böyük Britaniyanın müdafiə naziri bildirib.
Parisdə cümə axşamı keçiriləcək yüksək səviyyəli görüş ərəfəsində Con Hili Kiyevdə BBC-yə deyib ki, Ukraynanın müttəfiqləri “səmaları, dənizləri və torpaqları təhlükəsiz etməkdə” kömək edəcəklər. O, bu fikirləri Rusiya prezidenti Vladimir Putinin Çindən sərt mesaj göndərərək tammiqyaslı işğalın davam edə biləcəyini bəyan etməsindən sonra səsləndirib. Hili Putinin sözlərində blef olduğunu vurğulayıb və Rusiyanın təzyiq altında olduğunu deyib. O həmçinin ABŞ prezidenti Donald Trampı da tərifləyib və bildirib ki, Tramp “Putini danışıqlara gətirib” və “heç bir variantı bağlamayıb”, baxmayaraq ki, ötən ay Alyaskada Putinə verdiyi isti qarşılama geniş tənqid olunub.
BBC
Bayramlı Zəri