Ukraynaya növbəti yardım göndərilir
Ukraynaya göndərilən məqsədli elektrik avadanlıqlarından ibarət yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından yola salınır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yükün göndərilməsi Energetika Nazirliyi tərəfindən təmin edilir.
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları həcmində olan avadanlıqların digər hissəsi bu gün 9 tırdan ibarət yük avtomobili ilə yola salınır.
Avadanlıqlar Azərbaycanda istehsal olunub.
Qeyd edək ki, bundan öncə də Azərbaycan elektrik təchizatı ilə əlaqədar Ukraynaya humanitar yardım göndərib. Müharibə şəraiti ilə əlaqədar Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın həcmi 44 milyon ABŞ dollarını ötməkdədir.