00:00:00
Yazar
Admin User
21.08.2025 11:19 80 2 dəq oxuma
Siyasət

Ukraynaya “NATO-Lite” formatında təhlükəsizlik zəmanəti verilə bilər

Ukraynaya “NATO-Lite” formatında təhlükəsizlik zəmanəti verilə bilər

İtaliyanın Baş naziri Corcia Meloni Ukraynaya NATO üzvü olmadan təhlükəsizlik zəmanəti verilməsi təşəbbüsü ilə çıxış edib. “Bloomberg”in məlumatına görə, bu format “NATO-Lite” adlandırılır və Ukraynaya hərbi, iqtisadi dəstəyin operativ şəkildə göstərilməsini nəzərdə tutur. Təklif Ukraynanın alyansa üzvlüyünü əhatə etmir, lakin Alyansın Nizamnaməsinin 5-ci maddəsinə bənzər kollektiv yardım mexanizmi təqdim edir.


Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirib ki:


“Birincisi heç bir ölkə Ukraynaya tək başına təhlükəsizlik zəmanəti vermək istəmir. Nə ayrı ayrılıqda Avropa ölkələri, nə də ABŞ. Çünki əsgərlərini Rusiya ilə üz-üzə qoymaq həmin ölkələrin özləri üçün təhlükəsizlik problem yaradır. Ona görə də yeni formatlar üzərində işləməyə başlayıblar. Qərbdə anlayırlar ki, Ukraynaya yalnız kollektiv formada təhlükəsizlik təminatı verə bilərlər. Bunun üçün “NATO-Lite” format müzakirə edilir. Yəni Ukrayna NATO-ya üzv qəbul edilmir, amma ölkəyə hücum olarsa təşkilat müdaxilə etmək öhdəliyi götürür. Bu həm də NATO-ya qəbul üçün keçid rolunu oynayır. NATO ölkələrinin hamısı buna razı olacaqmı bu sual altındadır.


İtaliya baş naziri Meloni Fransanın azalan nüfuzu və Almaniyanın ehtiyyatlı davranışları fonunda özünü Avropanın lideri kimi təqdim etməyə çalışır. Çünki Avropada bu boşluğu dolduracaq ikinci qüvvə yoxdur. Əslində Avropanın özünə təhlükəsizlik zəmanəti verəcək və lider funksiyasını üzərinə götürə biləcək əsas güc Türkiyədir. Hələlik isə onlar bunu qəbul etmək istəmirlər. İtaliya isə bundan yararlanmaq istəyir. Meloninin əsas hədəflərindən biri də İtaliyanın haqlarını qorumaqdır. Ona görə də ölkəsinin Rusiya ilə birbaşa qarşıdurma riskini aradan qaldırmağa çalışır.


Meloni Rusiya-Ukrayna müharibəsinin uzaq perspektivdə necə həll olunacağını da düşünür. Əgər Rusiya zəifləsə bu format Ukrayna üçün NATO-ya qəbul olunmağa keçid rolu oynayacaq. Yox əgər Rusiyanın mövqeyi güclənsə kollektiv təhlükəsizlik zəmanəti həm Ukrayna, həm də Qərb üçün riskləri azaldar. Yəni prosesi zamana yaymaqla Ukraynanın NATO-ya qəbul olunub olunmayacağına gələcəkdə qərar verəcəklər”.


Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər