00:00:00
Yazar
Admin User
11.07.2025 12:01 147 1 dəq oxuma
Dünya

Ukraynaya qoşun yeridilməsi... - Rusiya məyusdur

Ukraynaya qoşun yeridilməsi... - Rusiya məyusdur

Avropa liderlərinin Ukraynada qoşun yerləşdirmək istəyində inadkarlığı ümumi antirusiya əhval-ruhiyyəsinə uyğundur.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Onun sözlərinə görə, Kreml Avropanın Moskvanın bu məsələ ilə bağlı tamamilə aydın və ardıcıl siqnallarını nəzərə almamasından məyusdur: “Təbii ki, xarici hərbi kontingentin Ukrayna ərazisinə, sərhədlərimizə yaxın yerləşdirilməsi bizim üçün qəbuledilməzdir. Ümumiyyətlə, Avropa liderlərinin bu cür inadkarlığı, əlbəttə ki, hazırkı əhval-ruhiyyənin ümumi konturuna, yəni militarist, qarşıdurma, antirusiya əhval-ruhiyyəsinə uyğun gəlir. Bu baxımdan yalnız təəssüf hissini ifadə etmək olar”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər