00:00:00
Yazar
Admin User
21.08.2025 06:48 86 1 dəq oxuma
Dünya

Ukraynaya raket və PUA hücumu

Ukraynaya raket və PUA hücumu

 

Rusiya gecə saatlarında Ukraynaya raket və PUA-larla hücum edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Məlumata görə, Mukaçevo şəhərinə raket zərbəsi nəticəsində yerli müəssisədə genişmiqyaslı yanğına baş verib. Şəhər rəhbərliyi sakinləri pəncərələri möhkəm bağlamağa və zərurət olmadıqca evdən çıxmamağa çağırıb.

 

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb, onlardan 10-u təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. 5 nəfərin vəziyyəti sabitdir.

 

Lvov şəhərinə “Şahid” dronları və raketlərlə hücum olunub. İlkin məlumata görə, bir nəfər ölüb, iki nəfər yaralanıb.


Zaporojyedə isə iki zərbə sənaye obyektlərinə dəyib. Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının şüşələrini sındırıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər