Universitet və ixtisas seçərkən diqqət edilməli məqamlar nələrdir?
Hər il on minlərlə abituriyent istədiyi ixtisas üzrə ali təhsil müəssisələrinə müraciət edir. Seçimlər fərqli olsa da, bəzi ixtisaslara istək daha çoxdur.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev deyir ki, abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” ixtisasına üstünlük verib.
İxtisaslar kimi, universitet seçimləri də fərqlənir. Görünən odur, müəyyən edilən ən nüfuzlu ixtisaslar üçün abituriyentlər daha çox BDU, ADİU, ADU, ATU universitetləridir. Təhsil ekspertləri, ixtisasa görə universitet seçimi edərkən diqqətli olmağı tövsiyə edir.
Karyera mütəxəssisləri isə ümumiyyətlə nüfuzdan çox, “mən bu işdə özümü görə bilirəm mi?” sualı üzərində dayanmağı tövsiyə edirlər. Firuzə Mehdiyevanın sözlərinə görə, seçim edərkən, nüfuzdan çox o ixtisasa olan marağı, həvəsi nəzərə almaq lazımdır. Yəni “Digər abituriyentlər arasında öz potensialımı nümayiş etdirə biləcəyəmmi?” sualı üzərində düşünülməlidir.
Mövzu ilə bağlı məlumatı abituriyentlər Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsindən əldə edə bilərlər. Qeyd edək ki, bu ilki seçimlər zamanı yeni yaranan ixtisaslara da tələbatın yüksək olacağı, nüfuzlu ixtisas sıralarında yer alacağı gözlənilir.
Nəzrin Malik
