Ursula fon der Lyayen: Aİ Ukraynada dron istehsalına 6 milyard avro ayıracaq
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) istehsalının təşkili üçün 6 milyard avro ayıracağını elan edib.
"İnformator.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bunu bu gün Strasburqda Avropa Parlamentinə illik müraciətində bildirib.