00:00:00
Yazar
Ayan Sadi
20.08.2026 23:36 33 1 dəq oxuma
Sosial

Uşaqların tez-tez “Fast-food” qidaları qəbul etməsi risklidir

Uşaqların tez-tez “Fast-food” qidaları qəbul etməsi risklidir

Əvvəllər uşaqların və böyüklərin qida rasionunda əsasən təzə meyvə-tərəvəzdən hazırlanan ev yeməkləri üstünlük təşkil edirdi. Bu gün azyaşlıların, məktəblilərin və böyüklərin arasında fast food qidaların istehlakı xeyli artıb.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında həkim terapevt, daxili xəstəliklər üzrə mütəxəsis raisə Həmidova bildirir ki, belə hazır qidaların qəbulu gələcəkdə ciddi xəstəliklərə səbəb olur.

 

“Fast food qidaların tərkibində yüksək miqdarda şəkər, duz, doymuş yağlar, konservantlar və kimyəvi qatqılar olur. Bu maddələr mübadiləsinin və endokrin sistemin pozulmasına, immunitetin zəifləməsinə, piylənməyə və gələcəkdə müxtəlif xroniki və onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər”.

 

Raisə Həmidova sonda vurğulayır ki, uşaqların sağlam inkişafı üçün balanslı və təbii qidalanmaya üstünlük verilməsi vacibdir.

 

Süsən Mərdalıqızı

#yeni #risklidir #baki #uşaqların #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər