00:00:00
Yazar
Admin User
01.09.2023 08:08 467 1 dəq oxuma
Dünya

ÜST-ün standartlarına əməl olunma ömrümüzü uzada bilər

ÜST-ün standartlarına əməl olunma ömrümüzü uzada bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) havanın çirklənməsi standartlarına əməl olunarsa, insanın orta ömrü 2,3 il uzana bilər.

 

Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu (EPIC) tərəfindən nəşr olunan Hava Keyfiyyəti Həyat İndeksi (AQLI) hesabatında hava çirkliliyinin insan ömrünə təsirləri araşdırılıb. Araşdırmaya əsasən, bütün ölkələr ÜST-ün havanın çirklənməsi standartlarına cavab verərsə, bu, dünya əhalisinin ömrünü 17,8 milyard il artıra bilər.

 

Hesabatda bildirib ki, Hava çirkliliyi ən çox Cənubi Asiyada ölümə səbəb olub. Bundan əlavə,2013-cü ildən bəri dünyada çirklənmə artımının təqribən 59 faizinin təkcə Hindistanın hesabına olduğu paylaşılıb.

 

Digər tərəfdən siyahıda Afrika ölkələri olan Konqo Demokratik Respublikası, Ruanda, Burundi və Konqo Respublikasının dünyanın ən çox hava çirkliliyi olan 10 ölkəsi arasında yer aldığı, Asiya və Afrikanın bir çox regionlarında havanın çirklənməsi ilə mübarizə üçün heç bir infrastrukturun olmadığı vurğulanıb.

 

AQLI-nin təsisçisi professor Maykl Qrinstoun da açıqlayıb ki, havanın çirklənməsinin dünyada gözlənilən ömür uzunluğuna təsirinin dörddə üçü Banqladeş, Hindistan, Pakistan, Çin, Nigeriya və İndoneziya ilə bağlıdır. Adı çəkilən ölkələrdə mövcud çirklənmə səviyyəsinin davam etməsi insan ömrünü orta hesabla 5 il azalda bilər.

 

Greenstone qeyd edib ki, bu altı ölkədə insanların nəfəs aldıqları hava onların ömrünün 1-6 ilini oğurlayır.

 

Nigar Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər