Utziq “Zirə”ni tərk edib
"Utziqə ötən mövsümün sonunda xaricdən təklif gəlib və o rəhbərliyə bildirib ki, mən ayrılmaq istəyirəm. Onun hələ "Zirə" ilə 1 illik müqaviləsi davam edibmiş. Hər iki tərəf arasında belə bir fikir ayrılığı yaranıb. Təsadüfi deyil ki, Rafael Utziq komandanın yay təlim-məşq toplanışında iştirak etməyib".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Avrokubok oyunları başlayanda o Bakıya gəlib:
"Buna görə də Rəşad Sadıqov onu əvəzecidi heyətə göndərib. Yəni bu asam gedmək istəyirdi. Belə bir real variant çıxdıqdan sonra isə "Zirə" onu 1 illik icarəyə verib, buradan çox yaxşı pul qazanıb. Burada həm Utziq qazanıb, həm də "Zirə". Hətta deyərdim ki, 2 tərəfli qazanan "Zirə" oldu. Çünki həm icarədən pul qazanıb, həm də Utziqə artıq maaş vermir. Buna görə də "Zirə" üçün itki hesab etmirəm. Ümumiyyətlə legionerlər Azərbaycanda duruş gətirən sözü ilə razı deyiləm, illərdir Azərbaycan klublarında oynayan, çıxış edən legionerlər olub, indi də var və olacaq".
Zəhra Möhübbətova