Vaqner liderindən Ukraynaya sürpriz təklif
“Washington Post” qəzeti Rusiyanın “Vaqner” muzdlu qruplaşmasının yaradıcısı Yevgeni Priqojinin Ukraynaya təklif etdiyini iddia edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Vaqner lideri Priqojinin Ukraynanın Bəhmut bölgəsindən qoşunlarını çıxarması müqabilində yanvar ayında Rusiya qüvvələrinin mövqeləri ilə bağlı məlumatların paylaşılmasını təklif etdiyi bildirilir. Xəbərdə Ukraynanın bu təklifi rədd etdiyi barədə məlumatlar yer alıb.
Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı olduğu bilinən Priqojin Baxmut bölgəsindəki Vaqner əsgərlərinin lazımi sursatları almadan bölgədən çəkiləcəkləri ilə hədələyib. Vaqner lideri ötən həftə yaydığı səsli mesajda bildirib ki, o və əsgərləri bölgəni tərk etsələr, satqın sayılacaqlar.
Qeyd edək ki, Bəhmut bölgəsi aylardır qarşıdurmaların ən sıx olduğu bölgələrdəndir. Hərbi analitiklər bu sahənin simvolik əhəmiyyətə malik olduğunu vurğulayırlar.
