00:00:00
Yazar
Admin User
24.07.2023 09:51 367 2 dəq oxuma
Dünya

Vaqner Polşa və Litvanın sərhədini vura bilər?

Vaqner Polşa və Litvanın sərhədini vura bilər?

Son zamanlar Vaqner muzdlu qruplaşması yenidən dünya mediyasının əsas manşetlərində yer alır. Bu dəfə Vaqner qiyamının Kremlin müharibəyə dair planlarının bir hissəsi olduğu deyilir. İddialara görə, Moskva bununla muzdlu qruplaşmanın Belarusa yerləşməsini təmin etdi ki, bu da NATO ilə yaşana biləcək istənilən gərginlik zamanı Kremlin hərbi üstünlüyünü artırır.


Avropa gözləmədiyi ssenari ilə üz-üzədir. Vaqnerin Belarusdakı fəaliyyəti Qitə ölkələri üçün müharibədəki varlığından daha böyük təhdid yaradıb. Belə ki, muzdlu dəstənin Belarusa yerləşməsi regionda təhlükəsizlik arxitekturasını dəyişib. NATO ölkələri ilə həmsərhəd olan Belarus Avropanın strateji əhəmiyyətli kəsişməsində yerləşir. Siyasi şərhçi İsmail Gingöz deyir ki, Vaqner muzdlularının məhz Belarusa köçürülməsi Kremlin Ukrayna müharibəsində başqa bir cəbhə açmaq planının bir hissəsidir. “Priqojinin qiyamının əsas məqsədi də elə məhz bu idi. NATO-nun şərq cinahı olan ölkələrin təhlükəsizliyinə təhdid yaratmaq, onları mümkün qədər müharibənin bir hissəsinə çevirmək”.


Vaqnerin Belarusa yerləşməsinin xüsusi plan olması ilə bağlı verilən şərhlər isə heç də qeyri-real görünmür. Muzdlu qruplaşmanın Belarus fəaliyyətinə Polşa ilə sərhəddən 5 km məsafədə təlimlər və bir sıra hərbi-texniki seqmentdə layihələr daxildir. İddiaları gücləndirən digər bir nünas isə Suvalki dəhlizi ilə bağlı verilən proqnozlardır. Belə ki, Rusiyanın Baltikyanı Kalininqrad anklavının cənub-şərq sərhədinə qədər uzanan 60 millik quru yolu NATO, Aİ eləcə də Moskva üçün böyük strateji əhəmiyyətə malikdir. Bu dəhliz Qərbin Litva, Latviya və Estoniya ilə yeganə quru əlaqəsidir. Vaqner ordusunun hazırda yerləşdiyi mövqe quru yolunun bir saat içərisində nəzarətə götürülməsində olduqca əlverişlidir. Onu da qeyd edək ki, Suvalki dəhlizi Üçüncü Dünya Müharibəsinin başlanğıcında ilk təmas nöqtəsi ola biləcəyi üçün "yer üzündəki ən təhlükəli yer" kimi tanınır.

 

Ehtiyatda olan rusiyalı general-polkovnik Andrey Kartapalovun sözlərinə görə, Vaqner Belarusdakı yeni yerindən “bir neçə saat ərzində” Polşa və Litvanın sərhəd bölgəsini vura bilər. “NATO ilə gərginlik yaranarsa, Suvalki dəhlizinə ehtiyacımız olacaq. O zaman Belarusdakı Vaqner qüvvələrinin bazası bir neçə saata bu dəhlizi ələ keçirə bilər”.


Mümkün təhlükə qarşısında NATO-nun şərq cinahına daxil olan ölkələr çarəni sürətlə silahlanmaqda görürlər. Vaqnerin dəhliz istiqamətində istənilən hərəkətliliyi NATO-nun 5-ci bəndini icra etməsi, Alyans ilə Rusiya- Belarus cütlüyünün qarşı-qarşıya gəlməsi deməkdir.

İsmayıl

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər