00:00:00
Yazar
Admin User
16.09.2025 17:24 97 1 dəq oxuma
Dünya

Varşavada dron insidenti: Belarus və Ukrayna vətəndaşları saxlanılıb

Varşavada dron insidenti: Belarus və Ukrayna vətəndaşları saxlanılıb

Polşada hökumət binaları üzərində dron uçurduqları üçün 21 yaşlı ukraynalı oğlan və 17 yaşlı belaruslu qız saxlanılıb. Dron Belvedere prezident sarayının üzərində müşahidə olunub və Dövlət Mühafizə Xidməti tərəfindən zərərsizləşdirilib.

 

Baş nazir Donald Tusk əvvəlcə hər iki şəxsin belaruslu olduğunu yazsa da, sonradan məlumat dəqiqləşdirilib. Rəsmilər hadisənin casusluq olmadığını, ehtimal ki, ehtiyatsızlıq və ya film çəkmək məqsədilə edildiyini bildiriblər. Hazırda onların evlərində axtarış aparılır və ölkədə qanuni yaşayıb-yaşamadıqları yoxlanılır.

 

Hadisə, Rusiyadan Polşa hava məkanına dron hücumlarının artdığı bir vaxtda baş verib.

 

Euronews

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər