00:00:00
Yazar
Admin User
07.08.2025 10:45 105 1 dəq oxuma
Dünya

Vaşinqton görüşündə bu sənədlər imzalanacaq

Vaşinqton görüşündə bu sənədlər imzalanacaq

ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə müzakirə olunacaq mövzular bəlli olub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.

 

O qeyd edib ki, aşağıdakı əsas sənədlərin imzalanması nəzərdə tutulur:

 

1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.

2. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən əvvəlcədən razılaşdırılmış sülh sazişinin paraflanması.

3. Hər iki ölkənin ATƏT-in Minsk Qrupundan rəsmi çıxışını təsdiqləyən birgə məktub.

4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan Anlaşma Memorandumları.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər