Vaşinqtonda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti həyata keçirilib
2025-ci ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində sayca 2-ci səyyar konsulluq xidməti keçirilib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb. Bildirilib ki, səyyar konsulluq xidməti Vaşinqton Ştatı Azərbaycanlıları Assosiasiyasının dəstəyi ilə baş tutub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova bildirib ki, Amerikada vətəndaşlarımıza səyyar konsulluq xidmətinin göstərilməsi ilk növbədə onların hüququ məsələlərlə bağlı kifayət qədər sürətli şəkildə yardım almasına şərait yaradan önəmli addımlardan biridir:
"Təbii ki, vətəndaş pasportlarının alınması, şəxsiyyət vəsiqələrinin alınması və ya yenilənməsi və digər hüququ prosedurlarla bağlı məhz bu səyyar konsulluq xidməti vasitəsilə vətəndaşlarımız bir başa olaraq diplomatik nümayəndəliyə və ya konsulluq idarəsinə yaxınlaşmadan öz işlərini sürətli şəkildə həll edə bilər. Və bu istiqamətdə hər hansı bir problemlə qarşılaşmaya bilirlər. Buda onların yaşadıqları cəmiyyətə inteqrasiyası və eyni zamanda hüquqi məsələlərdə hər hansı bir formada problemlərlə qarşılaşmamasına kömək edə biləcək, dəstək verə biləcək addımlardandır. İstisnasız olaraq diaspor təşkilatlarının burada vasitəçi rolu qeyd edilməlidir ki, onlar orada yaşayan ayrı-ayrı vətəndaşlarımızla diplomatik nümayəndəliyimiz və konsulluq idarəsi arasında birbaşa əlaqəni təmin edən və eyni zamanda onların koordinasiyasına dəstək verən önəmli rol oynayırlar. Həmçinin vətəndaşlarımızın yaşadıqları cəmiyyətdə, birlikdə həmrəyk olaraq həm Azərbaycan kimliyini doğru şəkildə təmsil etməsi, Azərbaycan maraqlarının doğru şəkildə ifadə olunması, eyni zamanda təşkil olunan tədbirlərdə bir başa iştirakının təmsil olunması istiqamətində də diplomatik nümayəndəliyimiz və vətəndaşlarımız arasında vasitəçi və koordinasiya rolunu uğurlu şəkildə icra edirlər. Təbii ki, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə olan diaspora təşkilatlarımızın təşkilatlanmasına, koordinasiyasına və ümumi işinin daha da fəallaşmasına ciddi şəkildə ehtiyac var. Amma düşünürəm ki, son 5 ildə bu istiqamətdə mütamadi olaraq işlər görülür. Eyni zamanda qardaş Türkiyənin Türk diasporaları ilə ortaq həyata keçirilən tədbirlər və eyni zamanda Azərbaycanın maraqlarının təmsil olunması istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, mütəmadi şəkildə bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Səyyar konsulluq xidmətinin təşkil olunması Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərə bir çox istiqamətdə töhfə verə bilər. Xüsusilə onu nəzərə alsaq ki, hüquqi məsələlərdə orada yaşayan vətəndaşlarımızın hər hansı bir formada problemlə qarşılaşmaması və onların asan şəkildə yaşadıqları cəmiyyətlərə inteqrasiya olunması iki dövlət arasında olan münasibətlərdə müsbət çalarlar olaraq qiymətləndirilə bilər ki, burdada istisnasız olaraq təbii ki, belə təşkil olunan səyyar konsulluq xidmətləri məhz bu problemlərin olmaması və sürətli şəkildə hər hansısa bir formada hüquqi ziddiyyətlər yarandığı halda həm vətəndaşlarımıza dəstək verilməsi, həm də bu istiqamətdə müəyyən bir köməyin, dəstəyin ifadə olunması istiqamətində mühüm addımlar atırlar. Və bu da birbaşa olmasa da, dolayı yolla iki tərəfli münasibətlərdə mühüm təsir gücünə sahib olan məqamlardan biridir ki, hər hansısa bir formada orada yaşayan diaspor təşkilat nümayəndələri və ya vətəndaşlarımız ciddi şəkildə Amerikanın dövlət qurumları və eyni zamanda hansısa bir formada yerli təşkilatlarla ziddiyyət yarada biləcək hadisələrlə və məqamlarla qarşılaşmasınlar".
Aişə Mustafayeva