00:00:00
Yazar
Admin User
16.09.2025 13:43 107 1 dəq oxuma
Dünya

Venesiyada turist cütlüyünə qadağa qoyulub

Venesiyada turist cütlüyünə qadağa qoyulub

İtaliyanın Venesiya şəhərində bir cütlüyün tarixi Böyük Kanalda çimdikdən sonra şəhər mərkəzinə girişi qadağan edilib.


İtaliyanın Venesiya şəhərində 35 yaşlı britaniyalıya və onun 25 yaşlı rumıniyalı sevgilisinə tarixi Böyük Kanalda üzdükdən sonra şəhər mərkəzinə giriş qadağan edilib. Cütlük yerli qaydalara uyğun olaraq "şəhər sularında çimərkən nalayiq hərəkətə" görə 450 avro cərimələnib.


Səlahiyyətlilərə dediyinə görə, gondolçular kanalda çimərkən tətillərinin sonunu qeyd edən cütlüyü görüb və bu barədə bələdiyyəyə məlumat veriblər. Venesiya Bələdiyyəsi, "Qərar dərhal qüvvəyə minərək, onların tətilini faktiki olaraq başa vurub" ifadəsini açıqlanıb.


Venesiya merinin müavini Simone Venturini son vaxtlar şəhərdə qayda pozuntularının olduğunu və turistlərin həddindən artıq çox olduğunu vurğulayaraq, təkcə bu il 1000 nəfərin şəhərə girişinin qarşısının alındığını bildirib.


Hürriyet
Samirə Allahvredizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər