Venesuela: ABŞ, Karib dənizində görünməmiş hərbi hərəkətlilik nümayiş etdirir
Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-nin Karib dənizində görünməmiş hərbi hərəkətlilik sərgilədiyini bildirib.
Rusiyanın RT kanalına danışan Maduro deyib ki, ABŞ Karib dənizində, Venesuelaya yaxın sularda 8 hərbi gəmi yerləşdirib və bu, indiyə qədər görünməmiş bir hərəkətlilikdir.
ABŞ-yə məxsus bir sualtı qayıq və 7 hərbi gəmi Karib dənizinə hərəkət edib.
Venesuelaya məxsus iki hərbi təyyarə ABŞ donanma gəmisinə yaxınlaşıb.
ABŞ Prezidenti Tramp Venesuelaya “təyyarələrinizi vurarıq” hədəsi göndərib.
Venesuela Prezidenti Maduro: Venesuela hücuma məruz qalsa, silahlı mübarizə mərhələsinə keçəcək.
CNN: Tramp, Maduroya təzyiq məqsədilə Venesueladakı kartelləri hədəf almanı dəyərləndirir.
Maduro bildirib:
“Karib dənizində görünməmiş bir hərbi hərəkətlilik var. Nüvə sualtı qayıqları yerləşdirilib və bizi hədəf alan 1200 raket mövcuddur. Pentaqonun başçısı Puerto-Rikoya gəlib. Puerto-Riko qubernatoru bölgədə Venesuelaya yönəlik əməliyyat üçün hərbi bazanın olduğunu söylədi. Puerto-Riko bu plana daxil edilib".
ABŞ-nin dünyada siyasi, iqtisadi, mədəni və hərbi hegemonluğunu zorla həyata keçirmək üçün bir müharibə planı olduğunu iddia edən Maduro əlavə edib:
“Onun bunu etməsi mümkün deyil. Onsuz da çoxqütblü dünya reallığı formalaşmış vəziyyətdədir".
Maduro, Vaşinqtonun öz xalqını Cənubi Amerikada müharibəyə sürükləmək istədiyini və ABŞ rəhbərliyinin gözünü Venesuela nefti və qızılına dikdiyini irəli sürüb.
Papa Fransisklə arasında baş verən bir söhbəti xatırladan Maduro deyib:
“Papa bunu iki ildən çox əvvəl söyləyib: "Üçüncü dünya müharibəsinə gedirik demirəm, üçüncü dünya müharibəsi artıq başlayıb". Mən də bunun belə olduğuna inanıram".
Prezident Maduro, bütün Cənubi Amerikada və dünyada narkotik ticarətinin ABŞ-nin idarə etdiyini, əsl mafiyaların və kartellərin ABŞ-də yerləşdiyini iddia edib.
Karib dənizindəki hərəkətlilik.
ABŞ Prezidenti Donald Tramp, daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə iddiası ilə ordunun daha çox və təsirli şəkildə istifadəsi göstərişi verib.
ABŞ bu çərçivədə avqust ayının sonunda Venesuela sahillərinə USS Gravely, USS Jason Dunham və USS Sampson adlı hərbi gəmilərini göndərib.
Venesuela Prezidenti Maduro isə buna cavab olaraq ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və “istənilən hücumu dəf etməyə” hazır olduqlarını bəyan edib.
ABŞ Müdafiə naziri Pit Hegset bildirib ki, ABŞ ordusu Venesuelada rejim dəyişikliyi əməliyyatına hazırdır.
Anadolu Agentliyi
Eslanda Kulieva