Venesuela müxalifət lideri Maduradan sonra dinc keçidə nail olmağı hədəfləyir
Venesuela müxalifət lideri Mariya Korina Maçado bildirib ki, prezident Nikolas Maduronun hakimiyyətdən getməsi halında ölkədə keçidin nizamlı və dinc şəkildə baş verməsinə fokuslanıb.
O deyir ki, keçid başlayarsa, ölkənin polis və ordusunun əksəriyyəti yeni seçilmiş mülki hökumətin göstərişlərinə tabe olacaq. ABŞ Venesueladakı durumu milli təhlükəsizlik məsələsi kimi görür və Maduro sonrası dövr üçün planlar hazırlayır. Maçado isə qeyd edib ki, bir çox ölkə Venesuelada demokratik keçidə hazırlaşır, çünki hazırda dünyada ən böyük miqrasiya böhranlarından biri Venesueladandır.
Cnn News
Ədilə Hüseynzadə