00:00:00
Yazar
Admin User
06.10.2025 17:48 317 1 dəq oxuma
Dünya

Venesuela Vaşinqtonu xəbərdar edib

Venesuela Vaşinqtonu xəbərdar edib

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigez bildirib ki, hökumət ABŞ administrasiyasını Karakasdakı ABŞ səfirliyində partlayıcı maddələrdən istifadə etməklə təxribat törətmək niyyətində olan sağçı radikalların planı barədə xəbərdar edib.

 

Rodrigez ölkənin sülh və dialoq üzrə xüsusi nümayəndəsi olaraq bildirib ki, Venesuela “yerli sağçı radikallar vasitəsilə həyata keçirilə biləcək, Karakasdakı ABŞ səfirliyində “saxta bayraq altında” partlayıcı qurğuların yerləşdirilməsini nəzərdə tutan ciddi təxribat təhlükəsi barədə ABŞ hökumətini xəbərdar edib”.

 

O əlavə edib ki, bu məlumat ABŞ hökumətinə Venesueladakı Avropa diplomatik missiyalarından biri vasitəsilə çatdırılıb.


Qeyd edək ki, Karakas 2019-cu ilin yanvarında ABŞ-nin müxalifət lideri Xuan Quaydonu Venesuela Respublikasının “müvəqqəti Prezidenti” kimi tanımasından sonra Vaşinqtonla diplomatik əlaqələri kəsib.


TASS
Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər