Venesuelada zəlzələ olub
Venesuelanın qərbində 6,2 maqnitudada zəlzələ baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Zəlzələnin episentri 244 min insanın yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.