00:00:00
Yazar
Admin User
08.09.2025 16:09 68 1 dəq oxuma
Dünya

Venesueladan ABŞ-yə sərt reaksiya!

Venesueladan ABŞ-yə sərt reaksiya!

ABŞ-nin narkotik kartelləri ilə mübarizə bəhanəsi ilə çoxsaylı hərbi gəmilər göndərdiyi Venesueladan diqqətçəkən addım gəlib. Polis, ölkənin Falcon əyalətinin kənd bölgəsində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən və təyyarələrin qalxıb-enməsinə imkan yaradan gizli bir uçuş zolağını məhv edib.

 

Lopez narkotik kartellərini hədəf alan əməliyyatların Kolumbiya sərhədindəki Apure əyalətində davam etdiyini xatırladaraq belə xəbərdarlıq edib: “Heç kim bizim yerimizə bu işi görməyə gəlməyəcək. Heç kim bu torpaqlara ayaq basıb bizim etməli olduğumuz işi görməyəcək".

 

ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə aparmaq iddiası ilə ordunun daha çox və səmərəli istifadəsi barədə göstəriş verib. Maduro-nun on ildən artıq müddətdir ABŞ-yə narkotik qaçaqmalçılığına görə məsul tutulan “Cartel de los Soles”in liderliyini etdiyi iddia olunarkən, ABŞ Maliyyə Nazirliyi 25 iyulda “Cartel de los Soles”i Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu kimi tanıyıb.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər