00:00:00
Yazar
Admin User
03.09.2025 05:39 100 1 dəq oxuma
Dünya

Venesueladan narkotik daşıyan gəmiyə endirilən zərbənin nəticəsi

Venesueladan narkotik daşıyan gəmiyə endirilən zərbənin nəticəsi

 

Prezident Donald Tramp bildirib ki, ABŞ Karib dənizinin cənubunda narkotik daşıyan gəmiyə zərbə endirib və nəticədə 11 “narkoterrorçu” öldürülüb.

 

O, sosial şəbəkədə yazıb ki, çərşənbə axşamı ABŞ hərbi əməliyyatı Venesuelalı dəstə Tren de Araqua üzvlərini hədəf alıb. Tramp gəminin beynəlxalq sularda olduğunu və ABŞ-yə gedən qanunsuz narkotikləri daşıdığını bildirib. Tramp administrasiyası son həftələrdə Venesuela prezidenti Nikolas Maduroya qarşı hərbi və siyasi təzyiqi gücləndirib, o cümlədən narkotik alveri ittihamı ilə həbs edilməsinə səbəb olan məlumatlara görə 50 milyon dollar mükafat təyin edib. Maduro Venesuelanın ABŞ-nin istənilən hərbi müdaxilə cəhdinə qarşı mübarizə aparacağına söz verib.

 

BBC

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər