Venesuelanın ən yaxın müttəfiqləri olan Rusiya və Çin onu təkmi qoyur?
Venesuela Prezidenti Nikolas Maduronun əsl dostlarının kim olduğunu sorğulaması başa düşülən haldır.
Bir zamanlar çox güclü və möhkəm münasibətləri olan iki əsas müttəfiqi – Çin və Rusiya ilə əlaqələr getdikcə daha qeyri-müəyyən xarakter alır. İllər boyu hər iki ölkə Venesuela sosialist hökumətinə siyasi, maliyyə və hərbi dəstək verib. Bu münasibətlər Madurodan əvvəlki prezident sabiq lider Uqo Çaves dövründən başlayıb. Lakin mütəxəssislər bildirir ki, bu dəstək hazırda əsasən simvolik xarakter daşıyır və konkret hərbi və ya maliyyə yardımı yerinə, sadəcə, dəstək bəyanatları verilir. Bu dəyişiklik isə ABŞ-nin Karib dənizi bölgəsinə nüvə enerjisi ilə işləyən sualtı qayıq, casus təyyarələri və 15 minə yaxın əsgər daxil olmaqla hava və dəniz qüvvələrini yerləşdirməsi, eləcə də sabiq ABŞ Prezidenti Donald Trampın Venesuela hava məkanını birtərəfli şəkildə “tamamilə bağladığını” elan etməsi ilə eyni vaxta təsadüf edir.
BBC NEWS
Səmayə Səftərova