00:00:00
Yazar
Admin User
25.09.2025 18:19 98 2 dəq oxuma
Dünya

Vens: “Moskva danışıqlardan imtina etsə, Rusiya üçün çox pis olacaq”

Vens: “Moskva danışıqlardan imtina etsə, Rusiya üçün çox pis olacaq”

ABŞ vitse-prezidenti Ceyms Di Vens bildirib ki, Moskva Ukraynadakı müharibənin həlli ilə bağlı danışıqlardan imtina edərsə, bu, Rusiya üçün ciddi nəticələrə səbəb olacaq. Onun sözlərinə görə, ABŞ həm Rusiya, həm də Ukrayna ilə səmimi danışıqlar aparıb, lakin Prezident Donald Tramp ruslara qarşı səbirsizdir, çünki Moskva müharibəni bitirmək üçün yetərli təklif irəli sürmür. Vens əlavə edib ki, müharibə həm Rusiya, həm Ukrayna, həm də ABŞ üçün zərərlidir və döyüşlərin dayandırılması vacibdir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya tərəfi danışıqların şərtindən razı deyil ki, rəsmi Moskva münaqişənin ümumiyyətlə başa çatmasını istəyib:

 

“Yəni əslində ABŞ-nin istədiyi münaqişənin başa çatması yox, dayandırılmasıdır. Burada söhbət Rusiyanın tutduğu ərazilərin de-fakto əlində qalmasından, yəni hüquqi olaraq deyil, de-fakto əlində qalmasından gedir. Atəşkəs müqaviləsində münaqişənin dayandırılması təklif olunur, ancaq Rusiya tərəfi bunu qəbul etmək istəmir. Rusiyanın istəyi budur ki, həm Qərb dövlətləri, həm də Ukrayna tutulan ərazilərin Rusiya ərazisi olduğunu qəbul etsin və burada ərazilərin nisbi bölgüsü var”.

 

Politoloqun sözlərinə görə, Rusiyanın istədiyi ümumilikdə bütün Donbas bölgəsinin ələ keçirilməsidir, yəni Rusiya hələ ki, Donbasda işğal edə bilmədiyi şəhərlər var:

 

“Həmin şəhərlərin də Rusiyaya birləşdirilməsini tələb edir. Bunun müqabilində Donbasdan və Krımdan bir neçə ərazidən çıxmağı öz öhdəsinə götürmək istəyir. Bu isə nə ABŞ-nın, nə də Ukraynanı razı sala bilər. Çünki Ukrayna tərəfi heç bir halda torpaq güzəştinə getməyib, öz ərazilərindən imtina etmək istəmir. İkinci tərəfdən Ukraynanın bu mərhələdə danışıqlara münasibəti normaldır. Ukrayna müharibənin dayandırılmasını istəyir. Ancaq dediyim kimi, Rusiya torpaq güzəştinə getmək istəmir. Buradakı əsas müzakirə mövzusu və ölkələrin qarşılıqlı razılaşmamasının əsas səbəbi də bununla bağlıdır. ABŞ-nın hazırda açıq şəkildə, yəni Trampın verdiyi açıqlamalardan aydın görünür ki, Rusiyaya qarşı təzyiq metodundan istifadə edərək müharibənin dayandırılmasına sövq etmək istəyir. Trampın əsas məqsədi Rusiyanı atəşkəs müqaviləsinə məcbur edərək müharibəni dayandırmaq, daha doğrusu dondurmaqdır. Ancaq Rusiya tərəfi buna razılıq vermək istəmir və münaqişənin dayandırılması üçün torpaq güzəştini önə çəkir”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər