Viktor Osimhenin vəziyyəti açıqlanıb
"Qalatasaray" Nigeriya Milli Komandasında zədəli olan Osimhenin səhhəti ilə bağlı açıqlama yayıb. "Sarı-qırmızılar" Osimhenin ayaq biləyi bağlarında gərginlik və qanaxma diaqnozu qoyulduğunu açıqlayıb.
"Qalatasaray" nigeriyalı futbolçu Viktor Osimhenə "orta dərəcədə gərginlik və ayaq biləyi bağlarında qanaxma" diaqnozu qoyulduğunu açıqlayıb. Sarı-qırmızılı klubun açıqlamasında "Bu gün sponsor xəstəxanamızda aparılan müayinələr zamanı əsas komandamızın futbolçusu Viktor Osimhenin topuq bağlarında orta dərəcədə qırılma (gərilmə və qanaxma) aşkarlandı. Futbolçumuzun ən qısa zamanda meydana qayıtması üçün lazımi müalicəyə başlanılıb".
A Haber
Çimnaz Telmanqızı