00:00:00
Yazar
Admin User
31.10.2025 04:36 102 1 dəq oxuma
Dünya

Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlanıb

Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlanıb

Vilnüs Beynəlxalq Aeroportu hava məkanında "naməlum obyektlər" səbəbindən təyyarələrin uçuş və qəbulunu dayandırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, hava limanı yerli vaxtla saat 20:10-da Vilnüsə doğru uçan hava şarları səbəbindən təxminən üç saatlıq bağlanıb.

 

Bu arada, Düsseldorfdan Litva paytaxtına uçuşu planlaşdırılan reys Riqaya yönləndirilib.

 

Xatırladaq ki, oktyabrın 29-da Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib. Buna səbəb Belarusdan qaçaqmal daşıyan şarlar tərəfindən ölkənin hava məkanının pozulması hallarının artması olub. Pozuntular Vilnüs aeroportunun dörd dəfə, Kaunas hava limanının isə bir dəfə bağlanması ilə nəticələnib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər