Vindsorlar Donald Trampın şərəfinə banket veriblər
KİV qeyd edir ki, Böyük Britaniya Trampa dövlət səfərləri tarixində ən təmtəraqlı qəbul təşkil edib. ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı axşamı Vindzor qəsrində keçirilən təntənəli banketdə ABŞ və Böyük Britaniya arasındakı “ölməz və əbədi” ittifaqı yüksək qiymətləndirib və yalnız ilk amerikalı prezident deyil, həm də Birləşmiş Krallığa iki dəfə dövlət səfərinə dəvət olunan ilk seçilmiş siyasətçi olmasını “ən böyük şərəf” adlandırıb.
Atlantikdən o taydakı müttəfiqlər arasındakı xüsusi münasibətlərdən danışan Tramp bildirib: “Amerikalılar üçün ‘xüsusi’ sözü bu münasibətlərin mahiyyətini tam ifadə edə bilmir”.
Kral III Karl isə öz növbəsində Donald Trampa dünyadakı münaqişələrə son qoymaq cəhdlərində “şəxsi iştirakına” görə təşəkkür edib. Monarx deyib: “Ölkələrimiz mühüm diplomatik səyləri dəstəkləmək üçün birlikdə çalışır və bu, heç də az əhəmiyyət kəsb etmir, cənab prezident, dünyadakı ən çətin həll olunan münaqişələrə sülh yolu tapmaq üçün sizin şəxsi sədaqətiniz sayəsində mümkün olur”.
Euronews
Fatimə Heydərova