Virginia və Ohayoda yenidən bölgü planları irəliləyir
Ağ Ev, gələn il keçiriləcək aralıq seçkilərdə çoxluğu qorumaq üçün Respublikaçı ştatlara seçki xəritələrini dəyişməyə təzyiq göstərir. Demokratların isə Palatanın nəzarətini ələ keçirməsi üçün cəmi üç mandat qazanması kifayətdir.
Demokratların nəzarətində olan Virciniya Senatı konstitusiya düzəlişini təsdiqləyib. Bu düzəliş seçicilər razılıq verəcəyi halda gələn il konqres dairələrinin yenidən çəkilməsinə imkan yaradacaq. Addım, 2020-ci ildə yaradılan müstəqil redistriktinq komissiyasını kənara qoyaraq xəritəçəkmə prosesinə nəzarəti ələ almağa yönəlib.
Eyni zamanda, Ohayo Redistriktinq Komissiyası Respublikaçıların 2026-cı ildə iki demokrat mandatını qazanmaq şansını artıran yeni xəritəni təsdiqləyib.
Virciniya Respublikaçıları Demokratları “siyasi güc uğrunda addım atmaqda” ittiham edirlər. Demokratlar isə bunu Trampın Texasda başladığı respublikaçı yönümlü redistriktinq təşəbbüslərinə cavab kimi qiymətləndirirlər.
Reuters
Sura Əliyeva