Vladimir Putin: “Qərbin üstünlüyü zəifləyir, yeni inkişaf mərkəzləri formalaşır”
Rusiya Prezidenti Vladimir Putin beynəlxalq “Open Dialogue” forumunun iştirakçılarına və qonaqlarına videomüraciətində bildirib ki, Qərb ölkələri liderlik mövqelərini tədricən itirir və bu proses fonunda Qlobal Cənub ölkələri yeni inkişaf mərkəzləri kimi önə çıxır.
Onun sözlərinə görə, biznes və beynəlxalq münasibətlər sahəsində əvvəlki yanaşmalar, həmçinin formalaşmış norma və qaydalar artıq əvvəlki kimi effektiv deyil. Bu dəyişikliklərə səbəb kQərb ölkələrinin atdığı addımları göstərib. Putin vurğulayıb ki, hazırda milli suverenliyin əhəmiyyətini anlayan və öz inkişaf yolunu müstəqil seçən ölkələrin üstünlük təşkil etdiyi daha mürəkkəb, çoxqütblü qlobal sistem formalaşır.
O əlavə edib ki, heç bir ölkə təkbaşına, nə digər dövlətlərin hesabına, nə də onların ziyanına inkişaf edə bilməz. Müasir qlobal çağırışlar isə yalnız birgə səylər və kollektiv yanaşma ilə həll oluna bilər.
O hesab edir ki, davamlı və ədalətli qlobal inkişaf modeli yalnız bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslandıqda, bütün ölkələrin maraqları nəzərə alındıqda mümkün ola bilər.
Sonda o bildirib ki, qlobal inkişaf platforması elə qurulmalıdır ki, dünyanın istənilən yerində yaşayan hər bir insan uğurlu gələcəyə sahib olmaq, öz inkişaf yolunu seçmək və bu seçimi mərhələli şəkildə həyata keçirmək hüququna malik olsun.
TASS
Nuray Əliyevaimi