00:00:00
Yazar
Admin User
23.12.2025 14:29 100 3 dəq oxuma
Siyasət

Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib

Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib

 

Məlumata görə, “Ermitaj” muzeyində keçirilən görüş Sankt-Peterburqda MDB dövlət başçılarının bugünkü qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində baş tutub.
Qeyd edək ki, tərəflər görüş zamanı regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Mövzu ilə bağlı olaraq politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki,Ermənistan balanslaşdırılmış siyasət aparmağa məcburdur:

 

“İkitərəfli münasibətlər, yəni prezidentlər arasında keçirilən ikitərəfli görüşlər, adətən yumşaq və konstruktiv siyasətə yol açır. Belə görüşlər dövlət başçılarının siyasətinə və münasibətlərə şəxsən təsir göstərir. Çünki ikitərəfli görüşlər birbaşa, üz-üzə keçirilir və bu zaman bir çox məsələlərin açıq şəkildə müzakirə olunması mümkün olur.
Ermənistanla Rusiya arasında isə uzun müddətdir ki, gərginlik müşahidə edilir. Ermənistanın son illərdə Qərbə doğru yönəlməsi, Rusiyanın təsir dairəsindən çıxmağa çalışması Moskvanı ciddi şəkildə narahat edir. Ermənistanda gedən proseslər ,xüsusilə də kilsə daxilindəki hərəkətlər Rusiya tərəfindən dəstəklənir. Rusiya yönümlü qüvvələr bu institutlar vasitəsilə Paşinyan hakimiyyətinə qarşı mövqe sərgiləyirlər. Baxmayaraq ki, Ermənistanda pravoslavlıq yoxdur, Rusiyanın katolik kilsəsinə də siyasi təsiri hiss olunur.Digər tərəfdən, Ermənistanla Qərbin yaxınlaşması, "Zəngəzur dəhlizi" kimi təşəbbüslər də Rusiyanı narahat edir. Rusiya bu regionda əsas güc olaraq qalmaq istəyir və Ermənistanı əlində saxlamaq üçün müxtəlif vasitələrə əl atır. Hərçənd ki, bu ikitərəfli görüşlər zamanı bütün məsələlərin detallı şəkildə müzakirəsi mümkün olmasa da, müəyyən istiqamətlərdə hansı addımların atılacağına dair anlayış formalaşır.
Son illərdə də prezidentlər arasında baş tutan görüşlər münasibətlərin nisbətən yumşalmasına səbəb olub. Rusiya Qafqazda əsas təsir gücünü Ermənistanda saxlayır ,orada hərbi bazaları var, sərhəd təhlükəsizliyini təmin edir. Bu səbəbdən də Ermənistanın Qərbə meyllənməsi Rusiyanın bu regionda geosiyasi mövqeyini sarsıda bilər.
Rusiya üçün Ermənistan Qafqazdakı sonuncu dayaq nöqtəsidir. Əgər Ermənistan da Rusiyanın təsirindən çıxsa, bu, Moskva üçün böyük geosiyasi məğlubiyyət olar. Buna görə Rusiya həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan öz təsirini qorumağa çalışır. Ermənistan isə anlayır ki, Rusiyanı tamamilə itirmək onun üçün risklidir. Çünki Ermənistanın nə iqtisadi, nə də siyasi gücü Rusiya ilə tam kəsilməyə imkan verir.Bu baxımdan, Ermənistan balanslaşdırılmış siyasət aparmağa məcburdur,həm Rusiyanı incitməmək, həm də Qərblə münasibətləri inkişaf etdirmək istəyir. Bu da Paşinyan hökumətinin daxili və xarici siyasətində manevr etməsini zəruri edir.
Paşinyan bu son görüşlərlə Rusiya, Türkiyə və Azərbaycan tərəflərinə də mesajlar göndərdi. Bildirdi ki, Ermənistan regionda sülh prosesində iştirak etməkdə maraqlıdır və bu istiqamətdə irəliləyir. Bu, həm də göstərir ki, Ermənistan Qafqazda mövcudluğunu qorumaq və bütün regional təşəbbüslərdə iştirak etmək niyyətindədir.
Eyni zamanda, bu siyasət daxili auditoriyaya da hesablanıb. Rusiya ilə münasibətlərin balanslaşdırılması Paşinyana daxili dəstək qazandırmaq və gələcək seçkilərdə üstünlük əldə etmək baxımından da əhəmiyyətlidir”.

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər