Vu Honqbo: Çin qlobal idarəetməyə öz yanaşmalarını təklif edir
Çin dünyada indiki turbulentlik və qeyri-müəyyənlik fonunda qlobal idarəetməyə öz ideyalarını və yanaşmalarını təklif etməyə çalışır.
"İnformator.az" xəbər verir ki, bunu 2019–2025-ci illərdə Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olan Vu Honqbo XIII Bakı Qlobal Forumu çərçivəsində panel müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, Çin üçün zəngin və kasıb, böyük və kiçik dövlətlər bərabərdir: "Xüsusilə inkişaf etməkdə olan ölkələr, dənizə çıxışı olmayan dövlətlər və kiçik ada dövlətləri inkişaf etmiş ölkələrlə eyni suverenliyə və bərabər hüquqlara malikdir".