Vyetnam və ABŞ yeni ticarət sazişi üzrə razılığa gəlib
Vyetnam və ABŞ ədalətli və balanslaşdırılmış ticarət haqqında sazişin şərtlərinin razılaşdırılmasını başa çatdırıblar. Yeni razılaşma iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirməyi və qarşılıqlı bazarlara çıxışı genişləndirməyi hədəfləyir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki,Vyetnam və ABŞ yeni ticarət sazişi üzrə razılığa gəlib:
"Vyetnam və ABŞ ədalətli və balanslaşdırılmış ticarət haqqında sazişin şərtlərinin razılaşdırılmasını başa çatdırıblar. Yeni razılaşma iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirməyi və qarşılıqlı bazarlara çıxışı genişləndirməyi hədəfləyir.
Birgə bəyanat Kuala-Lumpurda keçirilən 47-ci ASEAN sammiti çərçivəsində imzalanıb. Sazişin texniki hissəsinin yekunlaşdırılmasından sonra sənəd qüvvəyə minəcək. Yeni razılaşma 2001-ci ildə qüvvəyə minmiş əvvəlki ticarət sazişinə əsaslanacaq və qarşılıqlı güzəştləri özündə ehtiva edəcək".
Həmçinin siyasi şərhçi bildirib ki, Birləşmiş Ştatlar Çinə qarşı tam şəkildə səfərbər olunubdur həm hərbi baxımdan, həm də iqtisadi baxımdan:
"Ayın 31də Çin və ABŞ rəhbərləri arasında görüş olacaq. Tramp bu görüşə ilk növbədə həm hərbi baxımdan böyük bir dünya gücü kimi gəlir, həm də dünyanın o kilit nöqtələrində olan dövlətlər üçün, o cümlədən, artıq həm Kampoçayla,həm Simqapur, həm Malayziya bütün o bölgələrdə olan dövlətlər üçün, o cümlədən, Latın Amerikası, Venesuela orada da hərbi baxımdan üstünlüyünü artırıbdır.
O cümlədən, Ukrayna - Rusiya cəbhəsinə baxaq. Ukraynanın hücumları ayın 31-nə kimi yüksələn xətt kimi gedəcək. Yəni burada əsas məqsəd ABŞ-nin Asiya-Sakit okean ölkələrindəki iqtisadi təsirini necə gücləndirəcəyidir. O Çin qarşısında bu dövlətləri də öz əhatəsinə almaqla çıxmaq istəyir. İkincisi, Çinlə balansı Vyetnamla ticarəti onun Çin əleyhinə yönəlir. Sakit okenda hərbi baxımdan həlledici məqamları nəzərə almaqla yeni bir farmasiya yaratmaq istəyir".
Aişə Mustafayeva