WhatsApp-da yeni videozəng fırıldağı
İspaniya Mülki Qvardiyası və Kibertəhlükəsizlik İnstitutu WhatsApp üzərindən yeni fırıldaq barədə xəbərdarlıq edib. Dələduzlar videozəng vasitəsilə ekrana qara fon qoyaraq qurbanı telefon ekranını paylaşmağa məcbur edirlər. Bu zaman SMS-lə gələn təsdiq kodunu ələ keçirərək hesabı oğurlayır və qurbanın adından tanışlarına pul istəkləri göndərirlər.
Mütəxəssislər iki mərhələli təsdiqi aktivləşdirməyi, naməlum şəxslərlə kodları paylaşmamağı və ehtiyat tədbirləri görməyi tövsiyə edirlər. Hesab ələ keçirilərsə, WhatsApp dəstəyi ilə əlaqə saxlamaq və bankı xəbərdar etmək tövsiyə olunur.
Euronews
Billurə Quliyeva