WUF13 bayraq endirmə mərasimi ilə başa çatıb
Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) bayraq endirmə mərasimi ilə başa çatıb.
"İnformator.az" xəbər verir ki, mərasim forumun rəsmi bağlanışını simvolizə edib və növbəti Ümumdünya Şəhərsalma Forumuna keçidi ifadə edib.
Qeyd edək ki, növbəti Ümumdünya Şəhərsalma Forumu 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.