WUF13 çərçivəsində UN-Habitat və "Alwaleed Philanthropies" arasında saziş imzalanıb
UN-Habitat və Səudiyyə Ərəbistanının "Alwaleed Philanthropies (Global)" xeyriyyə təşkilatı bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində sağlamlıq imkanları məhdud olan şəxslər üçün inklüziv mənzil təminatının təşviqi üzrə tərəfdaşlıq sazişi imzalayıblar.
"İnformator.az" xəbər verir ki, saziş inklüziv şəhər planlaşdırılması, əlçatan mənzil dizaynı və ixtisaslaşdırılmış mənzil həlləri vasitəsilə mənzilə əlçatanlığın yaxşılaşdırılmasına yönəlmiş pilot layihənin Tunisdə həyata keçirilməsini nəzərdə tutur.