00:00:00
Yazar
Banuçiçək Məmmədova
11.05.2026 16:40 24 1 dəq oxuma
Dünya

WUF13-də Səudiyyə Ərəbistanının nümayəndə heyətinə bələdiyyələr naziri rəhbərlik edəcək

WUF13-də Səudiyyə Ərəbistanının nümayəndə heyətinə bələdiyyələr naziri rəhbərlik edəcək

Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil tikintisi naziri Məcid ibn Abdullah əl-Hüqayl (Majid Al-Hogail) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Krallığın nümayəndə heyətinə rəhbərlik edəcək.

 

Bu barədə "İnformator.az" yerli mediaya istinadən xəbər verir.

 

"Bələdiyyələr və mənzil tikintisi naziri 2026-cı il mayın 17-dən 22-dək Bakı şəhərində keçiriləcək WUF13-də iştirak edən Krallığın nümayəndə heyətinə rəhbərlik edəcək", - məlumatda bildirilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

#rəhbərlik #ərəbistanının #baki #bələdiyyələr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər