“X” (Twitter) milyon dollarlıq müqaviləni pozub
ABŞ hakimi, “Twitter” şirkətinin, milyonlarla dollarlıq sözləşmə məbləğini ödəməyərək müqaviləni pozduğunu açıqlayıb.
22 dekabrda Ferderal hakim, “Twitter”in artıq “X corp.” adlandırılan şirkətin işçilərinə vəd etdiyi külli miqdarda məbləği ödəməyərək müqaviləni pozduğuna qərar verib.
Mayda İlon Maskın şirkətindən ayrılmadan əvvəl “Twitter”in baş direktoru vəzifəsində çalışan Mark Şopinqer, müqaviləni pozduğunu iddia edərək, iyunda şirkəti məhkəməyə verib.
Şopinqerin iddiasına görə, milyarder Mask keçən il Twitter-i satın almadan əvvəl və sonra işçilərə 2022-ci il üçün hədəf bonuslarının 50%-ni vəd edib, lakin bu ödənişləri heç vaxt həyata keçirməyib. “Twitter” in məhkəmə qərarını rədd etmə tələbini görməzdən gələn ABŞ Bölgə Hakimi Vince Chhabria, Şopinqerin Kaliforniya qanunlarına əsasən müqavilə iddiasının pozulmasını əsaslı şəkildə ifadə etdiyinə və onun əlavə plan ilə əhatə olunduğuna qərar verib.
Əli Məmmədli
