Xüsusi qüvvələr hazır gözləyib
İsrail Qəzzənin tam işğalını nəzərdə tutan əməliyyatlarda ikinci mərhələyə keçərkən, Misiri mümkün köç qorxusu bürüyüb. Misir tanklardan, xüsusi birliklərdən və hava hücumundan müdafiə sistemlərindən ibarət qüvvələri sərhəd xəttində yerləşdirib. Bundan əlavə, 40 min əsgər Sinay yarımadasına göndərilib.
Sözügedən hərbi yerləşdirmə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin göstərişi ilə həyata keçirilib və bölgədəki ən ciddi təhlükəsizlik addımlarından biri kimi qiymətləndirilib. Rəfah və Şeyx Zuveyid ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb. Misirin bu addımı həm İsrailə, həm də dünyaya “Sərhədlər pozula bilməz. Sinay fələstinlilər üçün ‘alternativ torpaq’ ola bilməz” mesajı kimi dəyərləndirilib.
Qahirə rəhbərliyi Qəzzədən Sinaya doğru mümkün bir keçidi qəbuledilməz hesab etdiyini dəfələrlə təkrarlayarkən, Şimali Sinay Valisi Xalid Meğaver “Torpaqlarımızı pozacaq olanlar gözlənilməz və sərt cavabla üzləşəcəklər” xəbərdarlığını edib.
Haberler.com
Aygün Babayeva