00:00:00
Yazar
Admin User
10.12.2025 12:59 125 1 dəq oxuma
İdman

"Xabi Alonsonun açıqlaması normaldır"

"Xabi Alonsonun açıqlaması normaldır"

"Rəqibin kimliyindən asılı olmayaraq, madridlilər qələbə qazanmağa iddialı olmalıdırlar. Bu, Real Madriddir, bu komanda istənilən matçda qələbəyə iddialıdır".

 

Bu sözləri "İnformator.az"a açıqlamasında idman eksperti Kənan Məstəliyev deyib.

 

Ekspertin sözlərinə görə, hazırda Realın heyətində bəzi problemlərin olmağı ilə yanaşı, Alonsonun gəlişindən sonra komandada yenidənqurma işləri başlamışdır :

 

"Hazırda Real Madridin heyətində problemlər var. Ümumiyyətlə, Xabi Alonso gələndən sonra komandada yenidənqurma işləri başlamışdır. Bununla yanaşı, Alonso bir sistem məşqçisidir, futbolçuların nazı ilə oynamayan mütəxəssisdir. O fikirləşir ki, rəqibin kimliyindən asılı olmayaraq onlar komanda oyunu nümayiş etdirməlidirlər. 

 

Ekspert rəqib Mançester Siti ilə bağlı da fikirlərini bölüşüb. Belə ki, o, şəhərlilərin problemlər yaşamasına baxmayaraq, madridlilərə qalib gələ biləcək gücdə olduğunu da nəzərə çatdırıb.

 

Amin Canayev 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər