00:00:00
Yazar
Banuçiçək Məmmədova
11.05.2026 16:42 28 1 dəq oxuma
Sosial

"Xalq Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb

"Xalq Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb

"Xalq Sığorta" ASC bu ilin I rübünü 1,483 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövündən 559 min manat mənfəətlə çıxmışdı.

 

"İnformator.az" xəbər verir ki, yanvar-mart aylarında "Xalq Sığorta"nın gəlirləri 7,804 milyon manat (əvvəlki ilə nisbətən 37,6% çox), xərcləri 5,936 milyon manat (16,1 % çox), mənfəət vergisi ödəmələri isə 385 min manat (1 il bundan əvvəl mənfəət vergisi ödəməyib) təşkil edib.

 

Bu il aprelin 1-nə "Xalq Sığorta"nın aktivləri 95,794 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 5,5 % azalaraq 30,457 milyon manata düşüb, balans kapitalı isə 9,25 % artaraq 65,336 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 58,75 milyon manatdır. Şirkətin səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə, 50 %-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik səhmdarı) məxsusdur.

#sığorta" #gündəm #maliyyə #nəticələrini
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər