00:00:00
Yazar
Admin User
29.08.2025 12:51 109 1 dəq oxuma
Dünya

Xameneinin “Quran qarisi”nə sui-qəsd edilib

Xameneinin “Quran qarisi”nə sui-qəsd edilib

İranın ən məşhur Quran qiraətçisi, dini lider Əli Xameneinin “Quran qarisi” kimi tanınan Səid Tusiyə sui-qəsd edilib.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu haqda yerli mənbələr məlumat yayıb.

 

Məlumata görə, bu gün səhər saatlarında naməlum silahlı şəxslər Məşhəd şəhərinin Vəkilabad bölgəsində Tusiyə atəş açıblar. Onun ağır vəziyyətdə xəstəxanaya çatırıldığı bildirilib.

 

Qeyd edək ki, həm də siyasi elita ilə sıx əlaqələri olan Səid Tusi bundan əvvəl 2016-cı ildə dindar ailələrdən olan 10 Quran qiraətçi tələbəyə qarşı cinsi zorakılıqda ittiham olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər