00:00:00
Yazar
Admin User
09.09.2025 12:40 105 1 dəq oxuma
Dünya

Xamənei 3 min 458 məhkumu əfv edib

Xamənei 3 min 458 məhkumu əfv edib

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Məhəmməd Peyğəmbərin və İmam Cəfər ibn Məhəmməd əs-Sadiqin doğum gününün növbəti ili münasibəti ilə 3 458 məhkumu əfv edib və cəzalarının yüngülləşdirilməsinə razılıq verib.


"İnformator.az" xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.


Bildirilib ki, İran Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq həmin məhkumların siyahısı xüsusi məhkəmə komitəsi tərəfindən araşdırıldıqdan sonra Məhkəmə hakimiyyətinin başçısı Qulam Hüseyn Möhsüni-Ejei tərəfindən təsdiq üçün ali rəhbərə təqdim edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər