00:00:00
Yazar
Aise Mustafayeva
23.09.2026 21:52 252 2 dəq oxuma
Gündəm

“Xankəndi” FK doğma şəhərində ilk ev oyununa hazırlaşır

 

“Xankəndi” FK doğma şəhərində ilk ev oyununa hazırlaşır

“Xankəndi” FK bu ildən etibarən ev oyunlarını doğma şəhərində keçirməyə hazırlaşır. Hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir.

 

 

Klubun məlumatına görə, təmir işlərinin sentyabrın sonunadək başa çatdırılması planlaşdırılır. Bundan sonra stadionun rəsmi açılış mərasiminin keçirilməsi nəzərdə tutulur. “Xankəndi” FK-nın ilk ev oyununun tarixi isə açılış mərasiminin qrafikinə uyğun müəyyənləşdiriləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında “Xankəndi” FK-nın mətbuat katibi Günel Abbas bildirib ki, Xankəndidə futbol oyunlarının keçirilməsi şəhərin idman həyatı ilə yanaşı, turizm potensialının inkişafına da töhfə verə bilər:

 

 

"Ev oyunları zamanı müxtəlif şəhər və rayonlardan azarkeşlərin Xankəndiyə səfər etməsi şəhərin tanıdılması ilə yanaşı, ictimai iaşə, nəqliyyat və digər xidmət sahələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq". 

 

 

Günel Abbasın sözlərinə görə, Xankəndi şəhər stadionunun yenidən qurulmasında əsas məqsədlərdən biri müasir standartlara cavab verən və müxtəlif səviyyəli futbol qarşılaşmalarının keçirilməsi üçün əlverişli idman infrastrukturu yaratmaqdır.

 

 

Mətbuat katibi əlavə edib ki, azarkeş mədəniyyətinin formalaşdırılması və klubla şəhər sakinləri arasında bağlılığın gücləndirilməsi də əsas istiqamətlərdəndir. Bu məqsədlə gələcəkdə stadionda klubun rəsmi atributları, formaları və müxtəlif suvenirlərin təqdim olunacağı “Xankəndi shop” mağazasının fəaliyyət göstərməsi nəzərdə tutulur.

 

 

O bildirib ki, mağazanın yaradılmasında məqsəd yalnız azarkeşlərə klubun rəsmi məhsullarını təqdim etmək deyil, həm də “Xankəndi” FK-nın özünəməxsus azarkeş mədəniyyətinin formalaşmasına və klub brendinin inkişafına şərait yaratmaqdır.

 

 

Aysu Qədirzadə

#doğma #baki #gündəm #hazırlaşır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər