Xaricdəki seçicilər üçün seçki prosesi necə işləyəcək? - 28 mayda...
Xaricdə yaşayan türk seçicilər prezident seçkilərinin ikinci turu üçün yenidən seçkiyə getməyə hazırlaşır.Bunun üçün lazımi hazırlıq işləri görülür.
Bəs xaricdə yenidən səs verəcəklər üçün proses necə işləyəcək?
•Bu çərçivədə səsvermə 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında edilə bilər. Xaricdə səsvermə prosedurları mayın 20-də başlayacaq və mayın 24-də başa çatacaq.
•Gömrük qapılarında səsvermə mayın 28-i, saat 17:00-dək mümkün olacaq.
•İkinci turda 29 may 2005-ci il təvəllüdlülər səs verə biləcəklər.
•Birinci turda istifadə edilən seçici ünvanları xaricdə səs verəcəklər üçün etibarlı olacaq.
•Ən çox türk seçicinin yerləşdiyi Almaniyada 13 konsulluq bölgəsində saat 8:00-23:00 arasında səsvermə edilə bilər.
•Digər 4 seçki məntəqəsində isə səsvermə saat 9:00-21:00 arasında olacaq.
•29 may 2005-ci il tarixindən əvvəl anadan olanlar, yəni birinci turdan sonra 18 yaşı tamam olanlar ikinci turda səs verə biləcəklər.
•Bütün səslər mayın 28-də hesablanacaq.
•Həmin seçicilərdən Ali Seçki Şurasının rəsmi internet səhifəsində xarici seçicilər siyahısında qeydiyyatdan keçmələrini yoxlamaları tələb olunur.
•Qeydiyyatdan keçməyən seçicilər konsulluğa getməli və xarici seçicilər siyahısında qeydiyyatdan keçməlidirlər.
Qeyd etmək lazımdır ki, səslərin xaricdən Türkiyəyə gətirilməsi birinci turdakı prosesə bənzəyəcək.
Diplomatik kuryerlə Türkiyəyə gətiriləcək səslər mayın 28-də Türkiyədə seçki qutuları bağlandıqdan sonra digər səslərlə birlikdə hesablanacaq.
Nigar
