XERSON ATƏŞƏ TUTULDU
Rusiya Ukraynanın cənubundakı Xerson bölgəsini atəşə tutub. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində danşıb. Onun sözlərinə görə, hadisə nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Dövlət başçısı Nikolayev vilayəti, Zaporojya, Donbas, Xarkov vilayəti və şimal-şərq vilayətlərində də vəziyyətin gərgin olduğunu açıqlayıb. Bildirib ki,işğalçıların təcavüzü cavabsız qalmayacaq. “Rus işğalçıları Xerson vilayətinə zərbələr endiriblər. Ölənlər və yaralananlar var. Veletenske kəndi atəşə tutulub. Ümumilikdə, təkcə Xerson vilayətindən atəşə tutulması ilə bağlı 17 məlumat daxil olub. Bundan əlavə, Nikolayev vilayəti, Zaporojye, Donbas, Xarkov vilayəti və şimal-şərq vilayətlərində Rusiya ilə sərhəd rayonlarından insidentlər qeydə alınıb. Hər yerdə döyüşçülərimiz işğalçılara onların terroruna qətiyyətlə cavab verirlər. Hər bir işğalçının məhv edilməsi, hər bir yanan rus texnikası, qərargah və anbarlarının yerində baş verən hər bir yanğın, Krım körpüsündə və onun hüdudlarından kənarda baş verənlər - bütün bunlar sübutdur ki, biz Rusiyanın heç bir cinayətini cavabsız qoymayacağıq”.
