00:00:00
Yazar
Admin User
23.09.2025 04:33 63 1 dəq oxuma
Dünya

XİN rəhbəri: Yaponiyanın Fələstini tanıması zaman məsələsidir

XİN rəhbəri: Yaponiyanın Fələstini tanıması zaman məsələsidir

Yaponiyanın Fələstini dövlət kimi tanıması zaman məsələsidir.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Takesi İvaya Fələstin-İsrail münaqişəsinin həllinə həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı bildirib.


“Mənim ölkəm üçün Fələstini tanımaq "əgər" məsələsi deyil, "nə vaxt" məsələsidir”, - o vurğulayıb və Yaponiyanın hər zaman iki xalq üçün iki dövlət prinsipinin həyata keçirilməsinin tərəfdarı olduğunu xatırladıb.

Yaponiya xarici siyasət idarəsinin rəhbəri İsrailin Qəzza sektorunda "birtərəfli hərəkətlərini" pisləyib, eyni zamanda Fələstinin radikal HƏMAS hərəkatını tənqid edərək, bütün girovların dərhal azad edilməsini tələb edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər