00:00:00
Yazar
Admin User
18.07.2023 09:54 319 2 dəq oxuma
Dünya

Xocalı-Serebrenitsa faciəsi arasında paralellər

Xocalı-Serebrenitsa faciəsi arasında paralellər

Zəmanəmizin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımını XX əsrin digər soyqırımı aktlarından biri Serebrenitsa ilə müqayisə etmək olar. Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş vermiş ən irimiqyaslı qətliam hesab edilir.

 

Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır. BMT tərəfindən 1948-ci ildə qəbul edilən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada əks olunan müddəalara müvafiq olaraq,soyqırım kimi xarakterizə edilən cinayət hadisələrinin bütün xüsusiyyətlərini Xocalının acı taleyində görmək mümkün olsa da bu faciəyə hüquqi qiymət verilməyib. Halbuki Özündə dözümsüzlüyü, etnik-dini ayrı-seçkiliyi, məqsədli etnik təmizləməni, ağlasığmaz işgəncələri birləşdirən Xocalı qətliamı əsl soyqırımı hadisəsidir. Bu günədək dünyanın 10-dan çox dövləti Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bütövlükdə 5 il davam edən birinci Qarabağ müharibəsində Azərbaycanın təxminən 20%-ni təşkil edən 12 rayonunda yerləşən 700 yaşayış məntəqəsi işğal olundu, 24 min azərbaycanlı vəhşicəsinə öldürüldü, 4 minə qədər dinc əhali əsir düşdü. Əsir aparılanların əksəriyyəti uşaq, qadın və qocalardan ibarətdir. 1 milyona yaxın Azərbaycanlı öz doğma yuvalarından qovularaq qaçqına çevrildi. Bütün bu hadisələrin cərəyan etdiyi zamanda dünya susdu. cəmi 2 il sonra 1995-ci ildə demokratik Avropanın mərkəzində, Srebrenitsada soyqırım aktı baş verdi. Nəticədə Srebrenitsa Avropanın Xocalısına çevrildi.


Avropa Parlamenti tərəfindən 2005, 2009, 2015-ci illərdə qəbul edilmiş Qətnamələrdə Srebrenitsa qətliamı soyqırım aktı kimi təsdiqini tapıb. Təəssüflər olsun ki, dünyanın Azərbaycana və türk dünyasına qarşı olan ikili standartları davam edir. Məhz bu ikili siyasət hələ də imkan verməyib ki, Xocalı soyqırımı bütün dünya dövlətləri və beynəlxalq təşkilatlarda öz hüquqi qiymətini alsın.

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər