00:00:00
Yazar
Admin User
09.07.2025 10:19 99 2 dəq oxuma
Dünya

Xosrova məktub

Xosrova məktub

Azərbaycan tarixində adı az hallanan böyük hökmdarlardan biri Tonq Yabqu Kağan Qərbi Göytürklərin beşinci xaqanı idi və onun dövrü xaqanlığının ən güclü dövrü sayılır. Qeyd edim ki, tonq - “hücum edən, cəsur” mənasını verir. Elmi ədəbiyyatda “cəsur qurdlar” kimi də izah edilir. Bununla bərabər, biz sözün “düz dayanan”, “məğrur” mənalarında əski türkcədə işləndiyini də görürük.

 

Məlumata görə, cəsur taktika ustası və döyüş sənətində əvəzolunmaz sayılan Tonq Yabqu Xaqan əvvəlcə şimal bölgələrində yaşayan bütün toles (tolis) tayfalarını tabe etmək üçün hərəkətə keçir. Sasanilərin güclü rəqibi olan Tonq Yabqu Xaqan Fərqanə, Daşkənd, Buxara, Səmərqənd, Kaşqar, Kuca, Hötən, Turfan, Aksu kimi şəhərlərə nəzarət edirdi.

 

Qərbdə yaşayan bütün şadlar və yabqular bölgələrini türklər adına idarə etməyə başladı (Bax: Ahmet Taşağli. Kök Tengri'nin çocukları. 2013, 364 s.).

 

Üçüncü sasani-türk müharibəsi zamanı Tonq Yabqu Xaqan özünü Albaniya hakimi elan etmişdi. Tonq Yabqu Xaqanın hakimiyyəti illərində Qərbi Göytürk Xaqanlığı Çində baş verən daxili münaqişələr nəticəsində müstəqil siyasət yürütməyə başlamışdı.

 

Tonq Yabqu Tan sülaləsindən olan şahzadə ilə evlənmişdi. O, Sasanilərə qarşı Bizansla müttəfiq olmuşdu. Müttəfiq qüvvələrinin hücumları nəticəsində Sasanilər üzərində mühüm qələbələr əldə olunmuşdu. Xəzər xaqanlığının yaranmasında Tonq Yabqu Xaqanın rolu vardır.


Onun hakimiyyəti illərində Qafqazın şadı, yabqusu və tudunu olan Böri Şad Tonq Yabqu xaqan öldükdən sonra müstəqil siyasət yeritməyə başladı və Xəzər Xaqanlığının əsasını qoydu.

 

Məlumdur ki, islam dini yaranandan sonra Məhəmməd peyğəmbər (s) dinin yayılması üçün ətraf ölkələrə məktublar göndərirdi. Peyğəmbərin (s) sağlığında Ərəb yarımadasında yerləşən bəzi qəbilə başçılarına, Həbəşistan başçısına, Misir hökmdarına, Bizansın o vaxtkı imperatoru Herakleosa və Sasani hökmdarına da məktub və elçilər göndərdiyi məlumdur (Bax: Göde, Kemal, Hz. Peygamber Devrinde Göktürkler ve Türk Kültürü, III. Kutlu doğum sempozyumu: tebliğler 295 s., 2000).



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər