Xərçəng xəstəsi olan həyat yoldaşını öldürdü - məhkəmədə dedikləri...
76 yaşlı britaniyalı David Hanter Kiprdə xərçəng xəstəliyinə tutulmuş həyat yoldaşını öldürdüyü üçün məhkəmə çıxarılıb.
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, David məhkəmədəki ifadəsində həyat yoldaşının xərçəng xəstəliyindən şiddətli ağrılar keçirdiyini və onu öldürməsi üçün ona yalvardığını, ona görə də onu əlləri ilə boğduğunu bildirib.
David məhkəmədə həyat yoldaşının xəstəliyi səbəbiylə yaşadığı ağrıları izah edərkən göz yaşlarını saxlaya bilməyib.
Arvadını öldürdüyü üçün 2021-ci ilin oktyabr ayından Kiprdə həbsxanada saxlanılan David həyat yoldaşı ilə 57 ildir evli olduğunu və münasibətləri yaxşı olduğunu, onu çox sevdiyi üçün istəyini yerinə yetirdiyini bildirib.
